Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:23

Ramiz Mehdiyevin hakimiyyət nərdivanında addımları (İnfoqrafika)


.

Siyasi şərhçilər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının işinə birbaşa nəzarət etdiyi, hakimiyyət strukturlarında güclü təsir dairəsinə malik olmasını qeyd edirlər.

Ramiz Mehdiyevin hakimiyyət pillələrində 1965-ci ildən başlayan 50 illik addımları barədə ətraflı infoqrafika:

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan siyasi hakimiyyətinin əsas fiqurlarından biridir. Onun siyasi karyerası ilk növbədə Heydər Əliyevin adı ilə bağlıdır. 70-80-ci illərdə Azərbaycan Kommunist partiyasında onun rəhbərliyi altında müxtəlif məsul vəzifələrdə işləyib. 90-cı illərdə Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişi ilə Ramiz Mehdiyevin də karyerası öz davamını tapdı.

Ramiz Mehdiyev mətbuatda tez-tez Azərbaycan hakimiyyətinin ideologiyası mövzusunda çıxış edir, Əliyevlər hakimiyyətinin Azərbaycan tarixində istisna rolunun olduğunu bildirirdi. ​

Sonuncu dəfə Ramiz Mehdiyevin ictimai rezonans doğuran çıxışı media qurumlarının başçıları ilə keçirdiyi toplantı idi.

Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyev sonuncu dəfə keçən il oktyabrın 28-də ictimai tədbirlərdə görünüb. Azərtac-ın xəbərinə görə o, həmin gün icra hakimiyyəti başçıları müavinlərinin toplantısında çıxış edib.

Bundan sonra iri rəsmi tədbirlərdə, o cümlədən 20 Yanvar qırğını, 26 Fevral Xocalı qırğını qurbanlarının anım mərasimlərində, eyni zamanda Novruz Bayramında o, dövlət rəsmiləri ilə bir arada görünməyib. Bu da 77 yaşlı Ramiz Mehdiyevin səhhətinin pis olması, müalicə üçün başqa ölkələrə getməsi barədə məlumatların yayılmasına gətirib çıxarıb.

Hələlik rəsmi qaynaqlardan onun harda olması, səhhəti ilə bağlı hər hansı açıqlama verilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG