Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12

İranın nüvə proqramı ilə bağlı danışıqlara daha iki nazir qoşuldu


Laurent Fabius və Frank-Walter Steinmeier

Laurent Fabius və Frank-Walter Steinmeier

-

İsveçrənin Lozanna şəhərində İran ilə ABŞ arasında aparılan nüvə danışıqlarına Fransa və Almaniyanın xarici işlər nazirləri Laurent FabiusFrank-Walter Steinmeier də qoşulub.

Danışıqlar 31 marta planlaşdırılan siyasi çərçivə razılaşması ətrafında aparılır.

Məqsəd İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində ona qarşı sanksiyaları yumşaltmaqdır.

L.Fabius jurnalistlərə bildirib ki, danışıqlar «uzun və çətin» keçir: «Biz bəzi məsələlərdə irəliləyişə nail olduq, amma başqa məsələlərdə bu irəliləyiş kifayət qədər deyil».

W.Steinmeier isə bəyan edib ki, danışıqlar «son mərhələdədir».

Diplomatlar bildiriblər ki, onların burada iştirakı mütləq mənada razılaşmanın əldə olunmasına dəlalət etmir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir. Tehran ittihamı rədd edir və yalnız məişət ehtiyacları üçün mülki nüvə enerjisini inkişaf etdirmək istədiyini deyir.

Tehranla danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Rusiya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə Çinin yüksəkrütbəli rəsmisinin də bu həftəsonu Lozannaya gəlişi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG