Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:02

-

Moskvada Boris Nemtsov-un qətlə yetirildiyi yerdə yaradılmış xatirə guşəsi martın 27-dən 28-nə keçən gecə ikinci dəfə dağıdılsa da, yenidən bərpa edilib. Bura bir dəqiqədə 3-4 adam gəlir, onlar gül qoyur, şam yandırırlar.

Xatirə guşəsini kimlərin dağıtdığı bəlli deyil. Kremlin yaxınlığında yerləşən və xüsusi mühafizə olunan ərazidən güllər, fotolar və şamlar aparılıb.

Xatirə guşəsi birinci dəfə martın 25-də dağıdılmışdı. Buna görə məsuliyyəti SERB hərəkatı üzərinə götürmüşdü. Nemtsov-un əqidə yoldaşı, müxlaifətçi Ilya Yashin baş verənləri təxribat adlandırıb. Onun dediyinə görə, siyasətçinin öldürüldüyü yerdə xatirə lövhəsinin qoyulması üçün imza toplanır.

Putin siyasətinin qatı tənqidçilərindən olan Boris Nemtsov bu il fevralın 27-də Kremlin yaxınlığında qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG