Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

Pakistanda oğurlanan çex qadınları azad ediliblər


Hana Humpalova və Antonie Chrastecka
Hana Humpalova və Antonie Chrastecka

-

2013-cü ildə Pakistanda oğurlanan iki gənc çex qadını azad edilib, onlar artıq evə qayıdıblar.

Çexiyanın Baş naziri Bohuslav Sobotka CT24 xəbər kanalına bildirib ki, Hana HumpalovaAntonie Chrastecka artıq Çexiyadadırlar.

Bu qadınların azad olduqları barədə məlumat martın 27-də - onlar Türkiyəyə gəldikdən sonra üzə çıxıb.

Məlumatlara görə, onların azad olunmasına Türkiyənin IHH xeyriyyə təşkilatı kömək edib.

Humpalova və Chrastecka quldurlar tərəfindən Pakistanın Bəlucistan əyalətində 2013-cü ilin martında girov götürülmüşdülər. Onlar avtobusla İrandan Hindistana gedirmişlər. Girovluqda olduqları dövrdə «facebook»da bu qadınların iki videosu yerləşdirilmişdi. Birinci videoda Humpalova və Chrastecka bildirmişdilər ki, səhhətləri yaxşıdır, amma həyatları təhlükədədir. 2014-cü ilin oktyabrındasa Çexiya hökumətinə yalvarırdılar ki, onların azad olunmasına kömək etsinlər, səhhətlərinin pisləşdiyini deyirdilər. ​

XS
SM
MD
LG