Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

-

Martın 28-də 156 ölkədə «Yer saatı» (Earth Hour 2015) beynəlxalq aksiyası keçiriləcək. Bu ölkələr arasında Azərbaycan da var.

Aksiya Azərbaycanda axşam saat 20.00-da Azadlıq meydanında keçiriləcək. Tədbir iştirakçılarından özləri ilə fənər, alışqan götürmələri istənir.

AZƏRTAC-ın məlumatına görə bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və «Marriott Absheron» otelinin fasadının işıqlandırılması dayandırılacaq.

Bu, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hər il keçirdiyi beynəlxalq tədbirdir. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürürlər. «Yer saatı» zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların işıqlandırılması bir saatlığa dayandırılır.

Aksiya hər il martın son şənbə günü saat 20:30-da reallaşır.

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunda bir saatlıq işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

XS
SM
MD
LG