Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

Merkellə Obama İranı “gərəkən qərarlar” verməyə çağırır


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

-

ABŞ prezidenti Barack Obama və Almaniyanın kansleri Angela Merkel İranı çağırıb ki, nüvə proqramı üzrə sazişin əldə olunması üçün gərəkən qərarlar versin. İki lider martın 27-də telefonla danışıblar.

İsveçrədə isə İranla altı dövlət arasında danışıqlar davam edib. Tərəflər martın 31-dək çərçivə razılaşmasını əldə etməyə çalışırlar.

ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif Lozannaya gəliblər.

Zarif deyib ki, tərəflər razılaşmaya yaxın deyillər və “digər tərəf təzyiqlə siyasi razılaşma arasında seçim etməlidir”.

Danışıqlara yaxın olan bir Qərb rəsmisi Reuters-ə deyib ki, sentrifuqa tədqiqatı və zənginləşdirmə ən çətin, həll olunmamış məsələ olaraq qalır.

XS
SM
MD
LG