Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Ötən cümə axşamı Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi xəbərlərindən 5 faiz artan neft qiymətləri, cümə günü İranla nüvə danışıqlarından alınan nikbin xəbərlərdən 5 faiz enib.

Ekspertlər bildirirlər ki, Yəmən münaqişəsinin böyüyüb regional müharibəyə çevriləcəyi barədə ehtimallar doğrulmayıb, əksinə, martın son iki günü ərzində Qərb və Tehran arasında nüvə razılaşmasının imzalanması gözlənilir.

Neft qiymətlərinin son həftə ərzində dirçəlişi həm də dolların zəifləməsi ilə bağlı idi.

Beləliklə, cümə günü Brent markasından olan neft 2, 78 dollar ucuzlaşıb və bir barrelin qiyməti 56, 41 dollara enib.

Bir gün əvvəl qiymətin qalxması onunla bağlı idi ki, Körfəz neftini daşıyan tankerlərin keçdiyi sahillərdə yerləşən Yəməndə gərgin hərbi-siyasi vəziyyət yaranmışdı.

Şərhçilər bildirirlər ki, Qərblə İran arasında nüvə razılaşmasının əldə olunması neftin qiymətlərini ciddi şəkildə sala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG