Britaniyalı hərbi tibb bacısı, 25 yaşlı Anna Cross LondonunRoyal Free Hospital xəstəxanasından evə yazılıb.
Tibb bacısı ölümcül virusa ötən ay Sierra Leonedə yoluxmuşdu.
Həkimlər Anna Cross-un öz razılığı ilə ona hələ sınaqdan çıxarılmamış MİL 77 preparatını veriblər.
Beləliklə o, bu preparatı qəbul etmiş ilk ebola pasienti olub.
Ötən il ərzində ebola virusundan Sierra Leone, Qvineya və Liberiyada 10 min insan vəfat edib.