Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Sığınacaq istəyən azərbaycanlıların sayı artıb


Arxiv fotosu
Arxiv fotosu

.

Bosnia müharibəsindən bəri ilk dəfə dünyada sığınacaq istəyənlərin sayı kəskin artıb. 2014-cü ildə əvvəlki illə müqayisədə sığınacaq istəyənlərin sayında 45% artım olub. Kəskin artıma Suriya və İraq mühabirəsi də təsir edib. Müraciətçilərin təkcə 30%-i - 173 min nəfəri Almaniyaya üz tutub.

BMT-nin Qaçqınlar Agentliyinin 2014-cü ilə dair hesabatında belə deyilir.

Melissa Fleming
Melissa Fleming

“SURİYA VƏ İRAQ MÜHABİRƏSİ…”
2014-cü ildə dünyada təxminən 870 min nəfər sığınacaq istəyib. Sığınacaq üçün müraciət edilən ölkələr siyahısında birinci Almaniya, sonra isə ABŞ, Tükriyə, İsveç və İtalya gəlir. Hesabata daxil edilən 44 ölkə üzrə ümumi müraciətlərin 60 %-i bu beş ölkənin payına düşür.

BMT-nin Qaçqınlar Agentliyinin sözçüsü Melissa Fleming jurnalistlərə deyib ki, bir ildə az qala 50% artım Suriya və İraq mübaribəsinə görədir: “Suriya və İraq bizim dövrün ən pis humanitar böhranıdır”.

Suriya və İraqdan gələnlərin əksəriyyətinə Türkiyə sığınacaq verib.

AVROPADAN SIĞINACAQ İSTƏYƏN AZƏRBAYCANLILAR DA ARTIB

2010-2014-cü illərdə Şərqi Avropa ölkələrinə 1120 nəfər sığınacaq üçün müraciət edib:

2010-cu il: 190 nəfər
2011-ci il: 80 nəfər
2012-ci il: 170 nəfər
2013-ci il: 290 nəfər
2014-ci il: 390 nəfər

SİYASİ TƏQBİLƏR VƏ TƏHLÜKƏSİZ HƏYAT…

Miqrasiya Mərkəzinin keçmiş rəhbəri, keçən ilin martından bəri Almaniyada yaşayan Əlövsət Əliyev də 2014-cü ildə Azərbaycandan gedənlərdən biridir.

Əlövsət Əliyev
Əlövsət Əliyev

​Onun Almaniyada daimi yaşamaq izni olduğundan sığınacaq üçün müraciət etməyib. Amma deyir ki, onun barəsində Azərbaycanda başlanan cinayət işi ilə bağlı ölkədən getməyə məcbur qalıb. Əlavə edir ki, ötən illərlə müqayisədə 2014-cü ildə - vətəndaş cəmiyyətinə basqılardan sonra Azərbaycandan gedənlərin sayı kəsin artıb:

Gözlə

No media source currently available

0:00 0:02:07 0:00
Direct-ə keçid

“Onların arasında media, QHT nümayəndələri ilə yanaşı, dini dözümsüzlüyə, təhlükəsizliyə görə ölkədən gedənlər də var. Ümumiyyətlə, 2014-də ölkənin oxumuş, intelektual kəsimi ölkəni tərk etməyə məcbur qaldı.

Təqiblərə məruz qalanlardan biri də mən idim. Ona görə də ölkəni tərk etməyə məcbur qaldım. Ümid edirəm ki, barəmdə açılan cinayət işinə xitam verilər və mən öz ölkəmə geri dönərəm”.

Əlövsət Əliyev 2015-ci ildə də ölkədən gedənlərin, və ya getmək istəyənlərin sayı artır. Səbəbsə, yenə də eynidir: siyasi təqiblər və təhlükə.

Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə bu mövzuda göndərdiyimiz suallara hələlik cavab verilməyib. Ona görə Bakının ölkədən gedənlərlə bağlı rəsmi mövqeyi hələlik səslənməyib. Amma rəsmilər ümumilikdə Azərbaycanda bütün azadlıqların təmin edildiyini deyirlər.

Dövlət Statistika Komitəsinin yaydığı məlumat görə, 2014-cü ildə Azərbaycana daimi yaşamağa hardasa 2 min nəfər gəlib və Azərbaycandan 800 nəfər gedib.

XS
SM
MD
LG