Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:19

Səfir Cekuta: «ABŞ Azərbaycanın güclü tərəfdaşıdır»


ABŞ-Azərbaycan Ticarət Palatasında qəbul - 24 mart 2015
ABŞ-Azərbaycan Ticarət Palatasında qəbul - 24 mart 2015

-

«Mənim əsas məqsədlərimdən biri ABŞ-Azərbaycan münasibətlərinin güclü və müsbət məcrada inkişafını təmin etməkdir».

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta martın 24-də Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə təşkil etdiyi qəbulda deyib.

Səfir bildirib ki, Azərbaycan və ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensial mövcuddur. O, 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən 1-ci dərəcənin verilməsini, nəticədə Nyu-York və Bakı arasında uçuşun təmin olunmasını xatırladıb. Səfir uğurun davamı üçün iki dövlət arasında Açıq Səma Sazişi üzərində danışıqların getdiyini də bildirib.

Səfir ABŞ-ın Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu bildirib:

«Cənub Qafqaz Boru Kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq. Bu, çox vacib olan vaxtda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropada enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə, regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə və beynəlxalq turistləri cəld edən lider dövlət olmaqda yardım etməkdir».

Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov bildirib ki, ABŞ-la Azərbaycan arasında mühüm dərəcədə vacib və strateji münasibətlər var, insanlar daha çox bu münasibətlərə nəzər yetirməlidir.

ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, konqresmen Bill Delahunt səfir Cekuta-nın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əmin olduğunu bildirib.

Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

XS
SM
MD
LG