Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:08

Çavuşoğlu: «Ermənistan qonşuları ilə münasibətləri barədə düşünməlidir»


Mevlut Cavusoglu
Mevlut Cavusoglu

“Ermənistanla münasibətlərimizin normallaşması üçün ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Yerevan qonşu ölkələrlə münasibətləri barədə düşünməlidir: “Ermənistanın İranla enişli-yoxuşlu əlaqələri var. Bizimlə münasibətləri də göz qabağındadır. Ermənistan həmişə hadisələrə bir tərəfli baxır”

ABŞ-ın “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə gəldikdə isə nazir qeyd edib ki, ümid edir ki, Vaşinqtonun mövqeyində dəyişiklik olmayacaq.

Amma əgər ABŞ-ın mövqeyi dəyişsə bu, ikitərəfli münasibətlərə təsir edə bilər.

XS
SM
MD
LG