Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:38

Donetskdə separatçıların liderlərindən biri və köməkçisi öldürülüb


Foto arxiv

Foto arxiv

Ukraynanın Donetsk vilayətində rusiyapərəst separatçıların qanunverici orqanının üzvü Roman Voznik və onun müavini öldürülüb.

Separatçıların rəsmi nümayəndələrndən biri Andrei Purgin onların martın 26-da Donetsk şəhərində öldürüldüklərini deyir.

O bildirib ki, hələlik onların kimlər tərəfindən öldürüldüyünü demək çətindir.

Voznik həm də “Miraj” adlı üsyançı batalyonun komandiri idi.

Separatçıların digər lideri Aleksandr Kofman onların axşam saat 11 radələrində maşında güllələndiklərini deyir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG