Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək


Qara Qarayev
Qara Qarayev

-

Aprelin 20-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, builki festivalın konsepsiyası qəsdən «qeyri-konseptual» olacaq.

Festival təşkilatçılarının fikrincə, canlı musiqi dinləməyin vaxtı yetişib. Bu festivalda musiqisevərlər və festivalın qonaqları Bakı dinləyicilərinə az tanış olan, nadir musiqi əsərləri dinləyəcəklər.

Aprelin 20-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində isveçrəli gitaraçı Christoph Yaggin ustad dərsi keçəcək.

Festivalın açılış mərasimi isə həmin gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, W.Lutosławski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində opera janrında XX əsrin sonlarında bəstələnmiş iki əsərin videonümayişi də nəzərdə tutulub. Aprelin 21-də Muzey Mərkəzində italyan bəstəkarı Salvatore Sciarrino-nun «Gözlərimin dönük nuru» operası və əsər haqqında P.Tchaikovsky adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vysotskaya-nın mühazirəsi olacaq.

Aprelin 22-də isə ingilis bəstəkarı Harrison Birtwistle-in «Minotavr» operasının videonümayişi və bu əsərlə bağlı sənətşünaslıq doktoru Tatiana Tsaregradskaya-nın mühazirəsi nəzərdə tutulub.

Aprelin 21-də filarmoniyanın kamera və orqan musiqisi zalında J.Wittenbach-ın eyniadlı vokal silsiləsi əsasında «Laut Käfig ətrafında» adlı konsert proqramı təqdim olunacaq.

Aprelin 22-də Beynəlxalq Muğam Mərkəzində italyan bəstəkarı Fausto Romitelli-nin «Metalların indeksi» video operası, aprelin 23-də isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya bəstəkarı Vladimir Tarnopolsky-nin «Kölgənin o biri tərəfində» multimedia operası nümayiş olunacaq.

Festival çərçivəsində Muzey Mərkəzində «XX-XXI əsrin vokal musiqisinin nəzəri problemləri» mövzusunda elmi-nəzəri konfransın da keçirilməsi nəzərdə tutulub.

Aprelin 24-də Beynəlxalq Muğam Mərkəzində «Sevgi hekayətləri» layihəsi təqdim olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG