Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

-

Azərbaycan türkologiyasına ağır itki üz verib.

Görkəmli türkoloq alim, filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadə ömrünün 90-cı ilində vəfat edib.

Elməddin Məhəmməd oğlu Əlibəyzadə 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində doğulub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Ömrünün sonunadək AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışıb.

Elməddin Əlibəyzadə ««Avesta» Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir», «Azərbaycan dilinin tarixi», «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)», «Qədim dünyamızın ulu kitabı», «Azərbaycanşünaslığa giriş», «Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları», «Dədə Qorqud ensiklopediyası», «Qul Alı» və başqa əsərlərin müəllifidir.

Ruhu şad olsun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG