Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

ABŞ-ın informasiya müharibəsini Rusiyaya uduzmağı


Azad Avropa/Azadlıq Radiolarının studiyası

Azad Avropa/Azadlıq Radiolarının studiyası

-

Birləşmiş Ştatlar Rusiya, «İslam Dövləti» silahlı qruplaşması və digər rəqiblərinə informasiya müharibəsində uduzur. Yeni yayılmış hesabatda ABŞ-ın təbliğat əleyhinə işi gücləndirməsi, hökumətin beynəlxalq yayım qanadına yenidən baxılması tövsiyə olunur.

«Reuters» agentliyinin əməkdaşı Warren Strobel yazır ki, hesabat 1994-cü ildə yaradılmış federal agentlik - Beynəlxalq Yayım Şurasının (BBG) problemlərinə işıq salır. 730 milyon dollar büdcəsi olan BBG ABŞ hökumətinin radio, televiziya yayımını idarə edir. «Amerikanın Səsi», Azad Avropa/Azadlıq Radioları da buraya daxildir. «Reuters»in gördüyü hesabat 30 xarici siyasət və dövlət siyasəti peşəkarlarının dəyərləndirməsi əsasında hazırlanıb. Hesabat hökumətin maliyyələşdirdiyi yayımı ABŞ təbliğatına çevirməyi təklif etmir. Ancaq müəlliflərin fikrincə, bu yayım orqanlarını ABŞ-ın milli təhlükəsizlik qurumlarından ayıran sədd həddən artıq bərkiyib və yayımçılar heç də həmişə ABŞ-ın xarici siyasət hədəfləri ilə uyğunlaşmırlar.

«Rəqiblər ABŞ əleyhinə informasiya müharibəsi aparır, ABŞ-ın beynəlxalq yayımı da rəqibləri və media düzənindəki dəyişikliklər ilə ayaqlaşmalıdır. ABŞ-ın beynəlxalq kommunikasiya strategiyası bünövrəsindən yenidən qurulmalıdır», - hesabatda deyilir.

Hesabatın müəlliflərindən biri, BBG-nin keçmiş üzvü və AzadlıqRadiosunun keçmiş rəhbəri S.Enders Wimbush deyir ki, Ukrayna böhranı «Sovet İttifaqı dağılandan bəri ABŞ beynəlxalq yayımının üzləşdiyi ən böyük problemdir».

BBG-nin Beynəlxalq Yayım Bürosunun direktor müavini Jeff Trimble deyib ki, Rusiya Krıma girəndən çoxu rusca olmaqla 25 proqram ya yaradılıb, ya da genişləndirilib.

Elvira Nabiullina

Elvira Nabiullina

Agentlik Rusiyanın qarşısında duruş gətirmək üçün Konqresdən əlavə olaraq 15 milyon dollar istəyib. Birləşmiş Ştatlar rusdilli xidmətlərə ildə 20 milyon dollar xərcləyir.

RUSİYA İQTİSADİYYATINI UÇURUMDAN XİLAS EDƏN BAŞ BANKİR

«Bloomberg» ötən il dekabrın 16-da, «Qara çərşənbə axşamı»nda rublun kursununkəskin düşməsi ilə yaranmış çaxnaşmanı xatırladır. Mərkəzi Bank rəsmisi «Müdaxilə edin!» deyə bağırsa da, bank rəhbəri Elvira Nabiullina «yox, bu dəfə deyil» söyləyirdi: Rusiya daha bazarla vuruşmayacaq. Möhtəkirlərə soyuq duş gərəkdir.

Həmin cəsarətli qərardan 51 yaşlı Nabiullina və himayədarı prezident Vladimir Putin qazandı. Rusiyanı cəzalandırmaq məqsədi güdən sanksiyalara baxmayaraq, rubl sabitləşdi. Ən aşağı həddə düşdüyü həmin «qara çərşənbə axşamı»ndan bəri rubl dollara nisbətən 19 faiz möhkəmləndi.

Rusiya neftin düşməsindən sonrakı ağrılı geriləməni yaşamaqdadır, bankların çoxuna ziyan dəyib. Ancaq azı indilik iqtisadiyyat uçurumun kənarından çəkilib. Maliyyə naziri Anton Siluanov ötən həftə elan edib ki, ən pis dövr arxada qalıb.

«Bloomberg» yazır ki, Nabiullina danışmaqdan qorxmur. Ötən il Putin-in köməkçiləri valyuta bazarına nəzarət tətbiq etməyə çağırdı, ancaq o, bu təklifə qarşı çıxdı və rublun sərbəst buraxılmasını istədi. Putin də onun məsləhətinə qulaq verdi.

Foto: Arxiv

Foto: Arxiv

QAZAXISTANDA YUXU XƏSTƏLİYİ

Justin Worland «Time»da yazır ki, Qazaxıstanın bir kəndində adamlar birdən qəfil yuxuya gedir, 2-6 gün yatır, ayılanda isə yaddaşlarını itirmiş olurlar.

İki il əvvəl bu yuxu pozulması Sibirdə üzə çıxıb. İndi isə Qazaxıstanın bir yaşayış məskənində müşahidə olunur. Həkimlər də heç cür bu bəlanın çarəsini çözə bilmirlər. Kalaçi kəndi uran mədəni yaxınlığında yerləşir. Yüzlərlə adam bu xəstəliyə tutulub. Yuxudan ayılanda yaddaşları da itmiş olur.

Ekspertlər minlərlə test aparıb. «Siberian Times»ın məlumatına görə, testlərdə yüksək radiasiya aşkarlanmayıb.

Qazaxıstanın Milli Nüvə Mərkəzindən Sergei Lukashenko deyir ki, problemi karbon monoksidin yarada biləcəyini düşünür, hər halda radon deyil. Mütəxəssis kəndin xüsusi coğrafi quruluşunun, havanın tüstünü yuxarı deyil, aşağı çəkməsinin də bir səbəb ola biləcəyini söyləyib.

Bu məkanın sakinləri isə kənddən çıxır, mayda yaşayış məntəqəsinin tamamilə bağlanacağı gözlənir. Xəstəliyi tədqiq edən bir rusiyalı professor bu ay «Newsweek»ə deyib ki, xəstəlik yayıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG