Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:06

-

“Kənddə regionların içməli suya olan tələbatının ödənilməsi üçün ölkə başçısının qərarı ilə su təhcizat qurğuları düzəldi amma istifadəyə heç bir həftə davam gətirməyən su qovşaqları nəzərətsizlikdən və baxımsızlıqdan uçulub dağıldı . Demək ki, əsas məqsəd kənd camaatının içməli suya tələbatı yox, pul yeyintisi olub”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini Saday Fərəcov deyir.

“Son qar yağıntılarından sonra 9 gün işıqsız qalan kəndin yaxın zamanlarda yenə də işıqsız qalacağı işıq dirəklərindən görünür. Kənddə 50-ə yaxın işıq dirəkləri yararsız haldadır. Bir gün qırılıb, insan tələfatına yol açsa, məsuliyyəti kim daşıyacaq?”

Kənd sakininin sözlərinə görə, kəndlilərin əziyyət çəkdikləri məsələlərdən biri də susuzluqdur:

SAHƏLƏRİ SUVARA BİLMİRİK

“Əkin sahələri hesabına dolanan kənd sakinləri ərazini suvara bilmirlər. 2 kmlik boru deşilib, köhnə fanton qurğusu da Kürün səviyyəsinin aşağı düşməsinə görə, işləmir”.

Şikayətçinin sözlərinə görə, qar yağıntıları zamanı həyətlərə qrunt suları yığılıb qalıb. Bir-iki ailənin həyətyanı sahəsinin suyun çəkilib. Qalan həyətlərdəki problemsə həll olunmayıb.

"Dağıntıların hesabını soruşmaq üçün icra hakimiyyətinə gedənlər oradan polis gücü ilə uzaqlaşdırılır. Məhz icra hakimiyyətində qarşılaşdığı münasibətə görə, orada ürəyi dayanan Qoltuq kənd sakini Yusif kişinin son halını özünü müstəqil sayan telekanalın iki əməkdaşı görsə də, görüntülər deyəsən mərkəzə göndərilmədən İcra Hakimiyyəti bu ayıbı ört-basdır edib".

XÜSUSİLƏ DƏ GƏNC NƏSİL KƏNDDƏN QAÇIR

Qaramanlı sakinlərinin əsas narazılıqlarından biri qaz xətlərinin yerin altı ilə aparılmasıdır. Qonşu kəndlərdə bu xətlər xəritə ilə, plan üzrə çəkilib, bu kənddə isə qaydalara məhəl qoyulmayıb.

Ənənəvi problemlərdən biri də işsizlikdir. Sakin hesab edir ki, kəndlilərin işlə təminatı üçün kəndin kifayət qədər resursları var. Ancaq işsizlizlik üzündən kənddəki gənc nəsil ya paytaxta, ya da ölkədən kənara üz tutur.

"Normal yaşayşını qurmq istəyənlərin ağlına ilk gələn bu olur ki, ailəsini də götürüb kənddən çıxsın. Hərə qapısına bir qıfıl vurub çıxıb gedir".

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev hesabat çıxışında bildirib ki, ötən il ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən rayona 12 milyon 284,0 min kub metr həcmində təbii qaz verilib. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Ötən il ərzində kəndlər arasında yalnız Kürqarabucaq kəndi qazlaşdırılıb. Hazırda isə Aşağı Surra və Birinci Qaralı kəndlərində qazlaşdırma işləri aparılır.

Aşağı Qaramanlıdan fərqli olaraq, Yuxarı Qaramanlı kənd tam orta və 200 yerlik Kürkənd kənd ümumi orta məktəbləri üçün yeni məktəb binaları tikilib. Aşağı Surra kənd tam orta məktəbi üçün isə 10 əlavə sinif otağının tikintisi başa çatıb. Başçı digər kəndlərin də qazlaşdırılması, yollarının, məktəblərinin bərpa edilməsi işlərinin növbəli qaydada həyata keçirildiyini qeyd edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG