Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

-

Prezident Hassan Rohani-nin seçki kampaniyasında iştirak etmiş və Lozannaya nüvə danışıqlarını işıqlandırmağa gəlmiş jurnalist İsveçrədən sığınacaq istəyib. İranın ISKA xəbər agentliyinin redaktoru olan Amir Hossein Motaqi AzadlıqRadiosuna deyib ki, İran rəsmiləri jurnalist fəaliyyətinə əngəl törətdiyi üçün sığınacaq istəmək qərarına gəlib.

“Xarici İşlər Nazirliyinin rəsmiləri tələb edirdi ki, onların istədiyi – doğru olmayan xəbərləri verək, istəmədikləri xəbərləri dərc etməyək”. Motaqi Lozannadan AzadlıqRadiosuna telefonla danışıb.

Onun sözlərinə görə İnqilab Keşikçiləri Qvardiyasına (IRGC) bağlı xəbər agentliklərindən də onlara təzyiq göstərilib.

31 yaşlı Motaqi deyir ki, belə “aşkar müdaxilə” onun yerli mediada fəaliyyətini dayandırmağa məcbur edib, o, “həqiqəti demək və söz azadlığını müdafiə etmək istəyir”.

Mətbuat azadlığı qurumları İranda jurnalistlərin sərt rəsmi və qeyri-rəsmi senzuraya məruz qaldığını bildirir.

Hazırda Lozannada İranla altı dövlət arasında danışıqlar gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG