Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Cənubi Koreya Şimaldan tələb edir ki, iki “casusu” buraxsın


Cənubi Koreyadan görüntü
Cənubi Koreyadan görüntü

-

Martın 27-də Cənubi Koreya Şimali Koreyadan iki vətəndaşını dərhal azadlığa buraxmağı tələb edib. Həmin şəxslər Seul üçün casusluqda ittiham olunur.

Martın 26-da Şimali Koreyanın KCNA agentliyi iki orta yaşlı, Kim Kuk Gi və Choe Chun Gil adlı kişilərin fotolarını yayıb. Onlar Pxenyanda mətbuat konfransında danışan yerdə göstəriliblər.

Məlumata görə, Cənubi Koreya vətəndaşları olan həmin şəxslər Seulun Milli Təhlükəsizlik Xidmətinə işləyir.

KCNA həmin şəxslərin necə və harada həbs olunduğunu bildirməyib.

Seul bu hadisədən “dərin təəssüf bildirib” və həmin şəxslərin dərhal qaytarılmasını tələb edib.

XS
SM
MD
LG