Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:50

İranla nüvə danışıqları davam edir


Ali Akbar Salehi liftdə gösləyərkən, foto 26 mart danışıqlarından öncə çəkilib

Ali Akbar Salehi liftdə gösləyərkən, foto 26 mart danışıqlarından öncə çəkilib

-

Martın 27-də İsveçrədə İranla Birləşmiş Ştatlar arasında nüvə danışıqları davam edəcək.

ABŞ-ın Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif martın 26-da Lozanna şəhərində görüşüblər.

Çərçivə sazişinin əldə olunması üçün qoyulan son tarix – martın 31-nə bir neçə gün qalır.

İran və “altılıq” iki ildir İranın nüvə proqramının məhdudlaşdırılması və əvəzində sanksiyaların yumşaldılması üçün razılaşma əldə etməyə çalışır.

Özəlliklə, Vaşinqton və tərəfdaşları İranın uranzəngiləşdirmədə istifadə etdiyi sentrifuqaları azaltmasını istəyir. Sentrifuqa nüvə başlığı üçün əsas materialdır.

İran nüvə silahı hazırlamadığını bildirir.

ABŞ rəsmiləri martın 31-dək sazişin əldə edilməsinin mümkün olduğunu, ancaq qeyri-müəyyənliyin qaldığını bildirir.

İran isə daha nikbindir. Tehranın baş nüvə rəsmisi Ali Akbar Salehi deyib ki, danışıqlarda texniki məsələlər üzrə “ümumi anlaşma” əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG