Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

-

"Facebook" şirkəti San Fransiskoda yeni layihəsini təqdim edib.

Jurnalistlərə "İnternet təyyarələri"nin dizaynı göstərilib.

Söhbət günəş batareyası ilə işləyən pilotsuz uçuş aparatlarından gedir. Onların bir qanadının ucundan o biri qanadının ucuna qədər məsafə "Boeing 767" sərnişin təyyarəsindəki qədər olsa da, çəkiləri minik avtomobilindən də azdır.

Bir dəfə havaya qaldırılanda 3 ayacan səmada qala biləcəklər.

Facebook deyir ki, bu cür təyyarələrdən 1000 ədəd hazırlayıb havaya qaldıracaq.

ŞÜA İLƏ İNTERNET

Təyyarələr 20-30 min metr hündürlükdə uçaraq lazer texnologiyası ilə 5 milyardacan insanın internetə qoşulmasına yardımçı olacaqlar.

Bu, dünyanın ən ucqar bölgələrində də internetə qoşulmanı su içimi qədər asanlaşdıracaq.

"Biz dünyada hər bir kəsə xidmət etmək istəyirik" - Facebook laboratoriyasının rəhbəri Yael Maguire deyib, - "Deyə bilərikmi, biz planetimizdə eyni mesajı eyni anda hamının aldığı nöqtəyə gəlib çatmışıq? Mən həmin günü səbirsizliklə gösləyirəm".

Pilotsuz təyyarələr bu yay sınaqdan keçiriləcək.

Bundan əvvəl Google şirkəti də pilotsuz təyyarələrlə internet təmin etmək planını açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG