Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

Hollandiyanın Rotterdam şəhərindəki məhkəmənin hökmünə görə “Stolichnaya”, “Moskovskaya” və “Na zdorovye” araq brendlərinin hüquqları Rusiya hökumətinə qaytarılır.

Məhkəmə hökmündə deyilir ki, bu brendlər 1997-ci ildə qanun pozuntusu ilə özəlləşdirilib.

Məhkəmə həmçinin hazırda bu brendləri saxlayan Spirits İnternational konserninin Moskvaya kompensasiya ödəməli olduğunu bildirib.

Bu markalar üç ay müddətində Rusiyanın “Soyuzplodimport” dövlət şirkətinə qaytarılmalıdır.

Bu baş verməzsə, Spirits İnternational gecikməmnin hər günü üçün Moskvaya 50 min avro ödəməli olacaq.

SPİ Məhkəmə qərarından təəssüfləndiyini bildirsə də, appelyasiya veriləcəyi barədə heç nə deyilməyib.

1990-cı illərdə bu brendləri biznesmen Yuri Shefler özünün Lüksemburqdakı şirkəti vasitəsilə özəlləşdirmişdi.

Rusiya hüquqşünasları brendlərin qaytarılmasını 2003-cü ildən tələb edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG