Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:31

İran prezidenti Hassan Rouhani öz ölkəsinin Qərblə nüvə danışıqlarındakı tempin aşağı düşməməsi üçün Fransa, Britaniya, Rusiya və Çin rəhbərləri ilə telefon söhbətləri edib.

O həmçinin Səudiyyə Ərəbistanının Yəməndə huti qiyamçılarına qarşı hərbi əməliyyatları məsələsini qaldırıb.

Xəbər verilir ki, Yəmən məsələsi həm də İsveçrədə nüvə danışıqları aparan ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif arasında müzakirə olunub.

ABŞ Səudiyyənin Yəmənə müdaxiləsini dəstəkləsə də, Tehran bu müdaxilədən narazıdır.

Öz növbəsində Səudiyyə Yəməndəki huti şiə yaraqlılarını dəstəklədiyi üçün İranı tənqid edir.

Fransa, Britaniya və Rusiya İran prezidenti ilə telefon söhbətlərini təsdiq ediblər.

Telefon söhbətində Fransa prezidenti Francois Hollande bildirib ki, İranın dinc nüvə proqramına malik olmaq haqqı vardır, lakin Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını isbat etməlidir.

Öz növbəsində, İran prezidenti Tehran üzərindəki ən ağır sanksiyaların artıq indidən qaldırılmasına çağırıb.

Rouhani ilə söhbətdən sonra Britaniyanın baş naziri David Cameron deyib ki, İranla sazişin martın sonunadək əldə olunacağına ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG