Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:25

Rusiya prezidenti Vladimir Putin qərb ölkələrini 2018-ci il prezident seçkisi də daxil olmaqla yaxın bir neçə ildə ölkədə keçiriləcək seçkiləri pozmaq üçün sövdələşmədə günahlandırıb.

Putin martın 26-da Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları ilə görüşdə deyib ki, qərbin xüsusi xidmətləri 2016-2018-ci illər seçkiləri ərəfəsində bir sıra tədbirlər planlaşdırırlar.

O qeyd edib ki, qərb ölkələri siyasi təcrid və iqtisadi təzyiqlərdən tutmuş iri miqyaslı informasiya müharibəsi və casusluğadək Rusiyanın qarşısını almaq üçün büten tədbirlərə əl atılır.

O qeyd edib ki, Rusiyanı qorxutmaq cəhdləri heç vaxt baş tutmayacaq.

Rusiyanın ötən ilin martında Krımı zəbt elməsi və Ukraynanın şərqindəki müharibədən sonra Qərblə Rusiya arasında münasibətlər tamamilə kəskinləşib.

Qərb buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG