Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:57

Azərbaycan Dövlət Neft Şirkətinin yeni layihəsinin qalibi ABŞ şirkəti oldu


SOCAR-ın loqosu
SOCAR-ın loqosu

.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Neft və Qaz Emalı, eləcə də Neft Kimyası Kompleksi layihəsinin idarəetmə kontraktını bugünlərdə ABŞ-ın Fluor Limited şirkətinə təqdim edib. “Turan” ABŞ səfirliyinə istinadla bildirir ki, bu, tender nəticəsində mümkün olub.

Fluor məbləği açıqlanmayan müqavilənin icrasına 2015-ci ildə başlayacaq.

Layihə meneceri olaraq Fluor SOCAR-a sözügedən layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.

Fluor şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə prezidenti Tako de Haan təmsil etdiyi şirkətin SOCAR-ın dünyamiqyaslı layihəsinə rəhbər seçilməsindən qürur keçirdiyini bildirib.

“Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirib. Şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhdəsindən uğurla gələcək”, - o qeyd edib.

Layihənin icrası Fluor-un İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.

XS
SM
MD
LG