Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

«Bakı-2015»-in Tamaşaçı Məlumat Mərkəzi təqdim edilib


-

«Bakı-2015» ilk Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ictimaiyyətə təqdim edilib.

Azərtac xəbər verir ki, mərkəzdə 20-dək operator «Bakı-2015» Avropa Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı, yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və ingilis dillərində məlumat verəcək.

Xəttə zəng vuranları aktyor və aparıcı, «Bakı- 2015»in ulduz elçisi Murad Dadaşov salamlayacaq. Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ilə «Azercell», «Bakcell» və «Azerfon», o cümlədən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və «Aztelekom» İstehsalat Birliyinin sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq olar.

Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir. Zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG