Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:07

Azərbaycanda əhalinin 10 faizi doyunca yemir


MDB ölkələrində kifayət qədər yeməyən 21 milyon adam var
MDB ölkələrində kifayət qədər yeməyən 21 milyon adam var
On il bundan qabaq Dünya Ərzaq Sammitində vəd verilmişdi ki, doyunca yeməməkdən əziyyət çəkən adamların sayı iki dəfə azalacaq. Bu məqsədə çatmaq mümkün olmayıb, amma bəzi yerlərdə bununla bağlı tərəqqi əldə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının «Dünyada ərzaq təhlükəsizliyinin vəziyyəti üzrə» illik hesabatında deyilir ki, MDB ölkələrində kifayət qədər yeməyən 21 milyon adam var. Amma müxtəlif regionlarda vəziyyət fərqlidir. Məsələn , Belarus , Rusiya, Ukraynada əhalinin 3 faizi doyunca yemir. Ən pis vəziyyət isə Tacikistan və Özbəkistandadır. Tacikistanda indi əhalinin 61, Özbəkistanda isə 26 faizi doyunca yemir. Bu iki respublikada vəziyyət 90-cı illərin əvvəli ilə müqayisədə pisləşib.

«Birincisi, ümumi artım vacib faktordur və bu, yoxsulluğun və aclığın azalmasına gətirib. Daha sonra Azərbaycan və Gürcüstanda tərəqqi iqtisadi islahatlara görə əldə edilib. Bunlar kənd təsərrüfatında da öz əksini tapıb, xüsusən torpaqların özəlləşdirilməsi və mülkiyyət hüququnun verilməsi istiqamətində addımların atılmasında»


Bu məsələdə ən böyük uğuru isə Azərbaycan, Gürcüstan və Qırğızıstan əldə edib. 90-cı illərin əvvəlində Azərbaycanda əhalinin sayı 7,7 milyon olub və onların azı üçdə biri doyunca yemirdi. İndi isə belələri 10 faiz təşkil edir.


Gürcüstanda isə 90-cı ilərin əvvəlində lazımi qədər yeməyənlər 44 faiziyidi, indi isə onların sayı 13 faizədək azalıb.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının kənd təsərrüfatı və iqtisadi inkişaf bölməsinin rəhbəri Kostas Stamoulis bu ölkələrin uğurunu belə izah eir: «Birincisi, ümumi artım vacib faktordur və bu, yoxsulluğun və aclığın azalmasına gətirib. Daha sonra Azərbaycan və Gürcüstanda tərəqqi iqtisadi islahatlara görə əldə edilib. Bunlar kənd təsərrüfatında da öz əksini tapıb, xüsusən torpaqların özəlləşdirilməsi və mülkiyyət hüququnun verilməsi istiqamətində addımların atılmasında».


Ermənistan da bu sahədə tərəqqi əldə edib, amma bu respublikada doyunca yeməyənlərin sayı hələ də çoxdur. 93-95-cı illərdə Ermənistanda əhalinin 52 faizi normal qidalanmırdı, indi isə 29 faizi aclıqdan əziyyət çəkir


Moldovada isə 90-cı illərin əvvəlindən bəri doyunca yeməyənlərin sayı iki dəfə çoxalıb – 5 faizdən 11 faizədək. Eyni vəziyyət Serbiya və Çernoqoriyada hökm sürür.


Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, normal qidalanmaya bir çox faktorlar təsir edir. Məsələn, müharibələr, münaqişələr, siyasi və iqtisadi qeyri-sabitlik, qaçqın və məcburi köçkünlərin problemləri. Bu faktorlar Azərbaycan, Ermənistan, Gürcüstan , Moldova , Rusiya və Balkan ölkələrindəki vəziyyətə təsir edir. Bundan başqa, təbii fəlakətlər - məsələn, Azərbaycanın bəzi rayonlarında, eləcə də Ermənistan, Gürcüstan və Moldovada quraqlıq bu məsələdə öz təsirini göstərir.


Kostas Stamoulis deyir ki, MDB ölkələrində sözügedən məsələdə kənd təsərrüfatı vacib rol oynayır. Buna görə də bir çox yerlərdə əsas strategiya kənd təsərrüfatı və kənd yerlərinin inkişafına yönəldilməlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG