Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:31

-

“Bir sahibkar kimi illərdir ki, müraciət etmədiyim qurum qalmayıb. İllərdir ki, mal-qaramı mənə məxsus olan sahəyə apara bilmirəm. Rayon məmurları, kənardan gələnlər sahələrimizi zəbt ediblər, öz qoyun-quzularını, mal-qaralarını buraxırlar. Bizsə məcbur qalıb mal-qaramızı qonşu rayonlara aparırıq, icarəyə örüş götürməli oluruq”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edən daşkəsənli fermer Nuriyyə Məmmədova rayon məmurlarından şikayətçidir. Fermer kəndlilərə ayrılmış torpaqlardan istifadə edə bilmədiklərini deyir. Nuriyyə xanım əvvəllər də “Qaynar xətt”ə eyni məzmunda şikayət edib. O, bir fermer kimi hələ də köhnə problemlərdən qurtulmadığını deyir.

"TORPAQLARIMA YAXIN DÜŞƏ BİLMİRƏM"

“Əkin-biçin sahəm var. Maldarlıqla məşğul oluram. Daha doğrusu, imkan verslər, məşğul olardım. İllərdir ki, torpaq sahələrimin xeyrini başqaları görür. Mənə məxsus olan torpaqlarıma yaxın düşə bilmirəm. Təsərrüfatla məşğul olmaq üçün kəndlilərə dövlət tərəfindən torpaq sahələri ayrılsa da, mülkiyyətdən istifadə edə bilmirlər. Kənd camaatının pay torpaqları kənar adamlara, məmurlara məxsus mal-qara, qoyun-quzu sürülərini gətirib yerli vətəndaşların, sahibkarların torpaqlarında otarırlar”.

Şikayətçinin sözlərinə görə, bu yerlər rayon rəhbərləri tərəfindən kənardan gələn mal-qara, sürü sahiblərinə satılır və ya icarəyə verilir. Yerlilər isə öz torpaqlarında mal-qara saxlaya bilmir. Deyir, səsini çıxaran fermer polis təzyiqi ilə üz-üzə qalır.

Məhkəmə də fermerin xeyrinə olmayan qərarlar çıxarıb.

“Məhkəmədə dedilər ki, siz kənar yerdən gələn sürüləri bura salıb ziyan vurursunuz, oradan istifadə edə bilməzsiniz. Amma hazırda həmin torpaqları bələdiyyələrlə Şahbaz Mehdiyev satır, mən yox. 20 hektar pay torpağım, 130 hektar bələdiyyə torpağım, 700 baş qoyun-quzum var. Öz torpağım ola-ola mal-qaramı saxlamaq üçün aparıb başqa adamlara vermişəm. Gədəbəydə “Gəlin qaya” adlanan yaylaq var, heyvanlarım hazırda oradadır”.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı bu məsələ ilə bağlı əvvəllər AzadlıqRadiosunun “Qaynar xətt”inə münasibət bildirib. Deyib ki, fermer dəfələrlə onun yanında olub, o da torpaqların sənədlə başqasına məxsus olduğunu izah edib.

"MƏHKƏMƏLƏR DƏ SİFARİŞ YERİNƏ YETİRİR"

Nuriyyə Məmmədova Sahibkar hesab edir ki, məhkəmələr də məmurların sifarişlərini yerinə yetirir.

“O məhkəmə qətnamələrini ədalətli hesab etmirəm. hamısı sifarişlə çıxarılıb. Tələbim odur ki, Bakıdan gəlsinlər, araşdırsınlar, məhkəmənin saxta çıxardığı sənədlərimi qoyum ortalığa, izah etsinlər ki, bu sənədlər niyə ləğv olunub? Kimin sifarişi ilə? Hökumət o torpağı mənə verib, sənədim, sübutum var. Məhkəmə isə o sənədlərimi hansı əsasla ləğv etdiyinə izah verməyib”.

Fermer Prezident Administrasiyasının, Əmlak Komitəsinin, başqa aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya təşkil olunmasını və araşdırma aparılmasını tələb edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG