Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

İraq və koalisiya təyyarələri yaraqlıların Tikritdəki qərargahını bombalayıblar


Foto arxiv

Foto arxiv

İraq və ABŞ-ın rəhbərlik etdiyi kolaisiya təyyarələri martın 26-da İslam Dövləti yaraqlılarının Tikritdəki mövqelərini bombalayıblar.

İraq müdafiə nazirliyinin sözçüsü Tahseen Ibrahim Sadiqin sözlərinə görə hədəf qrupun baş qərargah kimi istifadə etdiyi prezident sarayı olub.

Həmçinin quru əməliyyatlarında 20 mindən çox İraq əsgəri və şiə qrupları iştirak edir.

İslam Dövləti yaraqlıları ötən ilin yayından İraq və Suriyanın şimalında xeyli ərazini ələ keçiriblər.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya bir neçə ölkə də qoşulub.

Kolaisiya qüvvələri əsasən hava əməliyyatlarında iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG