Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

Emil Əziz «Yuxuları»nı danışacaq


-

Aprelin 3-dən 5-dək Türkiyədə yaşayan azərbaycanlı rəssam Emil Əzizin ​«Yuxularım» adlı ikinci fərdi sərgisi açılacaq.

Muzey Mərkəzində baş tutacaq sərgidə rəssamın 40-dan çox yeni əsəri nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək tədbirdə Emil Əzizin üç yöndə işləri sərgilənəcək.

«Yuxularım» sərgisində rəssam qadın və dəb mövzusunda olan işlərlə yanaşı, təbiət mənzərəli əsərlərini, müxtəlif şəhərlərin, eləcə də Bakının rəsmlərini təqdim edəcək.

Emil Əziz 18 ildir Türkiyədə yaradıcılıqla məşğul olur.

Rəssam Azərbaycanda açılacaq «Yuxularım» sərgisinə 8 aydan çoxdur hazırlaşır.

Sərgiyə giriş sərbəstdir.

Emil Əzizin ilk sərgisi ötən il Səttar Bəhlulzadə adına 1969 qalereyasında keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG