Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

-

Ağdamda doğuş zamanı ana və körpəsi ölüb.

Xəbəri ANS TV yayıb.

Məlumatda deyilir ki, Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında vəziyyəti pisləşdiyindən doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib. Doğuşda iştirak edən həkim Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində ölübmüş. Həkim kəskin qanaxmaya görə ananın da həyatını xilas edə bilmədiklərini söyləyib.

“Cift vaxtından əvvəl qopduğuna görə, uşaq anayla əlaqəni kəsib və məhv olub. Cifti çıxardıq. Qanaxmaya qarşı lazım olan bütün tədbir də gördük, amma ananı xilas edə bilmədik”, – deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəməyiblər.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi işi açılıb, araşdırma aparılır.

Mratın 20-də Bakıda “Astoriya” Tibb Mərkəzində gənc ana qeysəriyyə əməliyyatı zamanı ölmüşdü. Həmin faktla bağlı da cinayət işi açılıb. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG