Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:21

İranla nüvə danışıqları bərpa olunur


İranın xarici işlər naziri Javad Zarif (sağda) danışıqların ötən raundundan sonra
İranın xarici işlər naziri Javad Zarif (sağda) danışıqların ötən raundundan sonra

-

Martın 26-da İsveçrədə İranla nüvə danışıqları bərpa olunur. Altı fövqəldövlət və İran martın 31-dək çərçivə sazişi əldə etməlidirlər. Hədəf Tehranın nüvə proqramının məhdudlaşdırılması və əvəzində sanksiyaların yumşaldılmasıdır.

İranın xarici işlər naziri Mohammad Javad Zarif və ABŞ-ın Dövlət katibi John Kerry Lozannada görüşəcək. Digər ölkələrin nazirləri daha sonra onlara qoşulacaq.

Rəsmilər danışıqlarda irəliləyiş olduğunu deyir, ancaq boşluqların qaldığını da vurğulayır.

Fikir ayrılıqları əsasən qabaqcıl sentrifuqaların tədqiqi və hazırlanması, eləcə də ABŞ, BMT və Avropa Birliyinin sanksiyalarının qaldırılması ilə bağlıdır.


XS
SM
MD
LG