Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:11

Alman təyyarəsinin qara qutusu öyrənilir


Germanwings A320 təyyarəsinin qara qutusu
Germanwings A320 təyyarəsinin qara qutusu

-

Fransız təhqiqatçılar Almaniyanın A320 təyyarəsinin qara qutusunun tədqiqinə başlayıblar. Təyyarə Fransada Alp daölarında qəzaya uğrayıb. The New York Times-ın yazdığına görə, səsyazısından aydın olub ki, pilotlardan biri kabindən çıxıb və təyyarə yerə düşənədək içəri girə bilməyib.

“Bayırdakı qapını yüngülcə döyür və cavab gəlmir,” adı çəkilməyən təhqiqatçı Times-a deyib. “Sonra qapını biraz da bərk döyür, cavab gəlmir. Axıradək cavab gəlmir”.

"Pilotlardan birinin niyə çıxdığını bilmirik. Ancaq dəqiq bildiyimiz odur ki, uçuşun sonunadək digər pilot içəridə tək qalır və qapını açmır".

Martın 25-də Fransa prezidenti Francois Hollande, Almaniyanın kansleri Angela Merkel və İspaniyanın baş naziri Mariano Rajoy qəza yerinə gedib. Təyyarədə 150 nəfər həlak olub. Təyyarə Barselonada Dusseldorfa uçurmuş.

XS
SM
MD
LG