Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri bəyan edib ki, onun ölkəsi vətəndaş qarşıdurmasının davam etdiyi Yəmənə hərbi müdaxilə edib.

Adel al-Jubeir deyib ki, hazırda krallığın hərbi-hava qüvvələri bir neçə şəhər üzərinə reyd keçirir.

“Biz Yəmənin qanuni hökumətini müdafiə etmək istəyirik” – deyib səfir CNN telekanalına.

Bundan bir gün əvvəl Yəmən rəsmiləri Körfəzin ərəb ölkələrinə və BMT-yəmüdaxilə üçün müraciət etmişdilər.

Yəməndə paytaxt Sananı ötən sentyabrda nəzarətə götürmüş şiəməzhəb huti qiyamçıları ölkənin cənubundakı Ədən aeroportunu tutublar.

Paytaxtı tərk edən Yəmən prezidenti indiyədək Ədənə sığınmışdı, lakin son məlumatlarda onun saraydan qaçdığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG