Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın təyyarələri İraqın Tikrit şəhərindəki İD mövqelərinə raket zərbələri endirməyə başlayıb.

Reuters agentliyi bildirir ki, beləliklə, ABŞ İranın dəstəklədiyi şiə yaraqlılarla çiyin-çiyinə döyüşən İraq hökumət qüvvələrinə qoşulmuş olub.

İraq hökuməti etiraf edib ki, Səddamın doğma şəhərini İslam Dövləti Təşkilatının əlindən təkbaşına geri almaq iqtidarında deyil.

İraqın baş naziri Haider al-Abadi deyib ki, “Bağdad dost ölkələrin dəstəyi ilə bu döyüşdə uğur qazanacaq”.

“Biz bu əməliyyatların son səhifəsinə başlamışıq” – deyib Abadi İraq televizyasında.

ABŞ-ın müdafiə rasmiləri bildiriblər ki, koalisiyanın hərbi təyyarələri Tikritdə onlarca İD mövqeyinə zərbələr endirir.

Amerika rəsmiləri dəstək verdikləri İraq qoşunlarına həm də İrandan dəstək verildiyinin üzərindən sükutla keçməyə çalışırlar.

Xəbər verilir ki, hava zərbələri ilə eyni vaxtda İraqın quru qoşunları Tikrit üzərinə hərəkətə keçiblər.

Tikrit əməliyyatında İraq hökuməti tərəfindən 20 min əsgər iştirak edir.

Bu əməliyyatlara Amerikanın dəstək verməsinə şiə yaraqlıları etiraz edirdilər, lakin onların hücumu son günlərdə İD-in müqavimətinə dirənmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG