Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

BBC-nin məşhur televiziya şousu “Beşinci sürət” proqramının aparıcısı Jeremy Clarkson korporasiyadakı vəzifəsindən uzaqlaşdırılıb.

Öz hərəkətləri və bəzən nəzakət qaydalarını pozan zarafatları ilə beynəlxalq qalmaqallara səbəb olmuş aparıcı son insidentə - proqramın prodüserini yumruqla vurduğuna görə araşdırılırdı.

Son beş ildə BBC-yə 150 milyon dollar qazandırmış “Beşinci sürət” proqramı dünya boyunca çox məşhurdur və onun əsas aparıcısı Jeremy Clarkson-nun müdafiəsinə petisiyanı 1 milyondan artıq pərəstişkar imzalamışdı.

Beləliklə Britaniya mediasında son illərin ən böyük qalmaqallarından biri başa çatır.

Bəzi tənqidçilər bildirirlər ki, Jeremy Clarkson olmadan populyar proqram baxımlığını və auditoriyasını itirəcək.

Alternativ mövqedə olanlar isə deyirlər ki, hər bir işdə olduğu kimi mediada da “əvəzedilməzlər” olmur.

XS
SM
MD
LG