Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

Moskvanın mərkəzində qətlə yetuirilmiş Rusiya siyasətçisi Boris Nemtsov-un öldürüldüyü körpünün üstündəki xatirə guşəsi naməlum şəxslər tərəfindən vandalizm aktına məruz qalıb.

Siyasətçinin buradakı portretləri üzərinə təhqiramiz şüarlar yazılıb.

“Nemtsov körpüsü” yazılmış küçə işarəsi pozulub.

Ukraynadakı separatçılara rəğbətli olduğunu bildirən və çox az tanınan millətçi qrup vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Nemntsov bu ilin 27 fevralında qətlə yetirilib. Prezident Putin qətli pisləyib və qatillərin tapılacağını vəd edib.

Özünü “Cənub-Şərqi Ukraynanın Vətəndaş Hərəkatı” adlandıran təşkilat bildirib ki, bu körpünün “Nemtsov körpüsü” adlandırılması təklifinə qarşı çıxış edir.

Təşkilat xatirə guşəsinin təhqir olunmasını göstərən video görüntülərini internetlə yayıb.

Nemtsovun tərəfdarları bildirirlər ki, onun öldürülməsi Kremlin tənqidçisi olması ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG