Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.
Həmçinin bölgələrdə hava əsasən yağmursuz olacaq.
Aran rayonlarında gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz7-12 dərəcə isti olacaq.