Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:58

Almaniya, Fransa və İspaniya liderləri A320 təyyarəsinin qəzaya düşdüyü əraziyə gediblər


Francois Hollande, Angela Merkel və Mariano Rajoy

Francois Hollande, Angela Merkel və Mariano Rajoy

Almaniya, Fransa və İspaniya liderləri A320 təyyarəsinin qəzaya uğradığı əraziyə baş çəkmək üçün Alp dağına gediblər.

Francois Hollande, Angela Merkel və Mariano Rajoy martın 25-də xilasedicilərlə görüşməzdən əvvəl qəza yerinin ətrafına uçublar.

Qəza martın 24-də Fransa ərazisində baş verib.

Artıq təyyarənin qara qutusu tapılıb.

Fransanın daxili işlər naziri Bernör Kəznöv qutunun zədələndiyini, amma, informasiya baxımından faydalı ola biləcəyini deyib.

Hazırda qəza yerində axtarış əməliyyatları aparılır.

150 nəfərin olduğu A 320 təyyarəsi Barselonadan Dusseldorfa uçurmuş.

Qəza dəniz səviyyəsindən 2 min metr yüksəklikdə baş verib.

Bütün sərnişin və heyət üzvlərinin öldüyü bildirilir.

XS
SM
MD
LG