Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:57

AŞPA həmməruzəçiləri görüşlərə başladı


AŞPA həmməruzəçilərinin səfəri noyabrın 2-də başa çatır

AŞPA həmməruzəçilərinin səfəri noyabrın 2-də başa çatır

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Andreas Herkellə Toni Lloydun oktyabrın 30-da Azərbaycandakı siyasi partiya liderləri, hüquq müdafiəçiləri və KİV rəhbərləri ilə keçirdiyi görüşlərdə əsas mövzusu söz azadlığı, mətbuatın hazırkı vəziyyəti olub.

Hüquq müdafiəçiləri və QHT nümayəndələri ilə görüşdə siyasi məhbuslar məsələsinə də toxunulub. Bu haqda Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzrü Novella Cəfəroğlu məlumat verib.


AXCP sədri Əli Kərimlinin verdiyi məlumata görə isə həmməruzəçilərlə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, mətbuata, televiziya və xarici radiolara ola münasibət, sərbəst toplaşma hüquqlarının hazırkı vəziyyəti müzakirə olunub. «Görüşdə siyasi məhbuslarla bağlı yeni məruzəçinin təyin edilməsi məsələsi də müzakirə olundu. Çünki çoxlu sayda yeni siyasi məhbuslar meydana gəlib ki, Avropa Şurasının buna daha ciddi yanaşmasına ehtiyac var».


Prezident Aparatı Mətbuat Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, Andreas Herkellə Toni Lloydun prezident İlham Əliyevlə keçirdiyi görüşlərində Azərbaycanda gedən demokratikləşmə prosesləri, siyasi, iqtisadi sahələrdə aparılan islahatlar, Azərbaycanla Avropa Şurası arasındakı hazırkı vəziyyət və gələcək perspektivlər haqqında müzakirələr aparılıb.


Oktyabrın 31-də həmməruzəçilər Qubaya səfər edəcək. Burada yerli icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəklər. Həmin gün onlar Bakıya qayıdacaq və MTN-nin istintaq təcridxanasına baş çəkəcəklər. Onlar rəsmi şəxslərlə görüşləri ilə yanaşı həbsdə olan «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidova, «Yeni Fikir» təşkilatı üzvlərinə baş çəkəcəklər. Həmməruzəçiləri səfəri noyabrın 2-də başa çatır. Onlar AŞ PA-nın qış sessiyası üçün məruzə hazırlayacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG