Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Fransada qәzaya uğrayan tәyyarәdә azәrbaycanlı olmayıb


Hikmət Hacıyev
Hikmət Hacıyev

Fransada qәzaya uğrayan "Airbus A 320" sərnişin tәyyarәsindә azәrbaycanlı olmayıb.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin sözçüsü Hikmәt Hacıyev deyib.

O bildirib ki, Almaniyanın Xarici İşlәr Nazirliyindən Azərbaycanın Almaniyadakı səfirliyinə verilən məlumata görə, qəzaya düşən təyyarədə Azәrbaycan vətəndaşı olmayıb, amma araşdırmalar davam etdirilir.

Martın 24-də “Germanwings” şirkətinə məxsus A 320 təyyarəsi Barselonadan Düsseldorfa uçarkən Fransanın cənub-şərqində, Alp dağında qəzaya uğrayıb.

Təyyarədə olan 150 nəfərin hamısının öldüyü bildirilir.

XS
SM
MD
LG