Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Azərbaycana keçən erməni əsgəri hərbi hissəsinin dəyişdirilməsini istəyirmiş


Erməni əsgəri Andranik Grigorianın anası

Erməni əsgəri Andranik Grigorianın anası

Bu günlərdə könüllü Azərbaycan tərəf keçən Ermənistan əsgərinin valideyinləri deyir ki, o başqa hərbi hissəyə köçürülməsini istəyibmiş.

Əsgər Andranik Grigorianın anası Nelli martın 24-də AzadlıqRadiosuna bildirib ki, oğlu sonuncu dəfə evə gələndə çox qəmgin görünürmüş və əsgər yoldaşları ilə problemi olduğundan hərbi hissəsinin dəyişdirilməsini istəyibmiş.

Azərbaycanın müdafiə nazirliyi martın 23-də əsgər Andranik Grigorianın könüllü Azərbaycan tərəfinə keçməsi barədə məlumat və onun video görüntüsünü yayıb.

Əsgər görüntüdə yoldaşları tərəfindən döyüldüyünü və buna görə könüllü Azərbaycan tərəfinə keçdiyini deyir.

Atası Ararat Girigorian isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, bu videonu qurama sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG