Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:12

Avropa Birliyi Azərbaycanda insan haqlarının vəziyyətini pisləyib


Foto arxiv
Foto arxiv

Avropa Birliyi Azərbaycan hökumətini demokratik keçid, insan haqları və fundamental azadlıqların vəziyyətinə görə kəskin tənqid edib.

Təşkilatın martın 25-də yaydığı hesabatda 2014-cü ildə ölkədə bu sahədə geriləmə olduğu bbildirilir.

Avropa Komissiyası bundan əvvəl Avropa yaxın qonşuluq siyasəti ilə bağlı hesabat qəbul edib.

Hesabat ötən il bu proqrama daxil olan ölkələrdə qüsurlar və əldə olunmuş uğurları əhatə edir.

Hesabatın Ukraynaya aid hissəsində, ölkənin şərqindəki müharibə və iqtisadi problemlərə görə bu ölkədə islahatların çox çətin getdiyi bildirilir.

Ölkənin şərqi və Rusiyanın ilhaq elədiyi Krımda insan haqları sahəsində vəziyyətin kəskin pisləşdiyi qeyd olunur.

Gürcüstana gəldikdə isə bu ölkədə demokratiyaya keçidin davam elədiyi, amma azlıqların vəziyyəti və bir sıra sahələrdə qüsurlar olduğu bildirilir.

Hesabatda həmçinin Rusiyanın Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziya ilə strateji tərəfdaşlıq müqaviıləri imzalaması Gürcüstanın suverenliyinin pozulması kimi qiymətləndirilir.

Amma Avropa Komissiyası Moldovoda insan haqları və fundamental azadlıqlar sahəsində irəliləyiş olduğunu bildirir.

Ermənistana gəldikdə isə bu ölkəylə yeni hərtərəfli müqavilənin uzaqda olmadığı vurğulanır.

Qeyd edək ki, Ermənistan 2013-cü ildə Avropa Birliyi ilə belə bir müqavilə imzalanmasından çıxaraq,Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulub.

XS
SM
MD
LG