Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

-

68-ci Kann festivalının üzü İsveç-amerikan aktrisası Ingrid Bergman seçilib.

«Variety»nin yaydığı xəbərə görə, aktrisanın şəkli kinofestivalın rəsmi posterində əks olunacaq.

2015-ci ildə əfsanəvi aktrisanın 100 yaşı tamam olur.

Festivalın bəyanatında deyilir:

«Bergman əsl müasir ikona, oyanış dövrünün ideal qadın obrazı, qorxmaz aktrisa və kinoda yeni realizmin simvoludur. Eynən Kann festivalı kimi, Ingrid Bergman da həyatında və çəkildiyi filmlərdə azadlıq idealının, yaradıcı cəsarət və müasirliyin carçısı idi».

68-ci Kann festivalı mayın 13-dən 24-dək keçiriləcək.

Jüriyə Joel Coen və Ethan Coen başçılıq edəcək.

Ingrid Bergman 1973-cü ildə Kann festivalının jürisinə sədrlik edib.

Xanım Bergman 1982-ci ildə 67 yaşını qeyd edən gün vəfat edib.

Ingrid Bergman «Kasablanka», «Payız sonatası», «Janna D-Ark» və Alfred Hitchcock-un bir sıra filmlərində, eləcə də, həyat yoldaşı Roberto Rossellini-nin filmlərində çəkilib.

3 dəfə «Oscar»a layiq görülüb.

XS
SM
MD
LG