Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

-

BMT-nin Baş katibi Ban Ki-moon Novruz bayramını qeyd edənləri harmoniyanın və gələcəyə ümidin rəmzi olan bayram münasibətilə təbrik edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin BMT-nin başçısı adından qurumun mətbuat katibinin açıqladığı bəyanata istinadla yaydığı xəbərə görə, baş katib hamını Novruzun ruhunu bütün ilboyu qoruyub saxlamağa çağırıb.

Ban Ki-moon bildirib ki, Novruz mədəni müxtəlifliyin, dialoqun və qarşılıqlı ehtiramın əhəmiyyətini xatırladan bayramdır.

Onun sözlərincə, cəmiyyətdə münaqişələrin və qarşıdurmaların yarandığı bir vaxtda həmrəylik və birliyin rəmzi olan bu bayrama ehtiyac duyulur.

Bəyanatda deyilir ki, BMT-nin sabit inkişafın yeni hədəflərini formalaşdırdığı və iqlimə dair qlobal saziş imzalamaq niyyətində olduğu bir vaxtda Novruz xüsusi əhəmiyyət kəsb edir. Axı, bu bayram təbiətlə harmoniyanın və sülh arzusunda olan insanların birliyinin rəmzidir.

Ban Ki-moon xatırladır ki, baharın və yeni ilin müjdəçisi olan Novruz dünyanın hər yerində, xüsusən Qərbi, Mərkəzi və Cənubi Asiyadan tutmuş, Qafqaz və Balkan ölkələrinədək geniş ərazidə qeyd edilir. Bayram ənənələrinin və mərasimlərinin zənginliyi sayəsində Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

BMT-nin başçısı deyib: «Mən hamıya bu bayramı sülh və firavanlıq şəraitində qeyd etməyi arzulayıram. Qoy Novruzun ruhu bütün ilboyu bizimlə olsun!».

Günün bütün mövzuları

XS
SM
MD
LG