Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:59

Qəzaya uğramış təyyarənin qara qutusu zədələnib


Xilasedicilər vertolyotdan qəza yerinə enir
Xilasedicilər vertolyotdan qəza yerinə enir

-

Fransanın daxili işlər naziri Bernard Cazeneuve martın 25-də deyib ki, Alp dağlarında qəzaya uğramış Germanwings təyyarəsinin qalıqları içindən tapılan qara qutu təyyarənin kabin hissəsinə aiddir.

Nazirin sözlərinə görə, qutu zədələnib, ancaq informasiya öyrənmək baxımından faydalı ola bilər.

Martın 25-də Germanwings təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış işləri bərpa olunub. 150 nəfərin olduğu A320 aerobusu Barselonadan Dusseldorfa uçuş zamanı Fransada Alp dağlarında qəzaya uğrayıb.

Ağ Ev bildirib ki, qəza terror hücumuna oxşamır. Lufthansa şirkəti faciənin qəza olması versiyasını irəli sürüb. Germanwings Lufthansa-nın nəzdində fəaliyyət göstərir.

Hadisə dəniz səviyyəsindən 2 min metr yüksəklikdə baş verib. Fransa polisi heç kəsin sağ qalmadığını bildirib. Çətin relyef, qar və tufan səbəbindən meyitlərin aşkarlanması bir neçə gün çəkə bilər.

Nazir deyir ki, təhqiqatçılar heç nəyi istisna etmirlər, ancaq terrorçuluqdan şübhələnməyə də səbəb yoxdur.

Martın 25-də Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande, və İspaniyanın baş naziri Mariano Rajoy qəza yerinə gedəcək.

XS
SM
MD
LG