Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:29

NATO qırıcıları Baltik üzərində Rusiya təyyarələrini yola saldı


Su-27 SM təyyarəsi
Su-27 SM təyyarəsi

-

Çərşənbə axşamı İsveç və NATO qırıcıları həyəcan siqnalı ilə havaya qalxıb, Baltik dənizi üzərində uçan Rusiya döyüş təyyarələrini müşayiət edib. Təyyarələr işıqları söndürülmüş vəziyyətdə uçurmuşlar.

Litva bazasında yerləşən İsveç, Niderland və İtaliya qırıcıları Rusiyanın iki bombardmançı Tu-22М3 və iki Su-27 təyyarəsini müşayiət edib. Həmin təyyarələr Kalininqrad istiqamətdə beynəlxalq hava məkanına keçiblərmiş.

NATO-nun adı çəkilməyən rəsmisi deyib ki, Rusiya təyyarələri tanınma sistemini söndürüb, mülki avia-dispetçerlərlə əlaqə saxlamayıb və uçuş planını təqdim etməyiblər.

İsveç təyyarələrin hərəkətini “qəbuledilməz”, beynəlxalq aviasiya qaydalarının pozulması adlandırıb.

Avropa ölkələri Avropa hava məkanında Rusiya təyyarələrinin fəallaşdığını qeyd edir.

NATO-nun üzvü olmayan İsveç və Finlandiya ABŞ hərbi hava qüvvələri ilə birlikdə Baltik regionu üzərində birgə təlim keçməyə hazırlaşır.

XS
SM
MD
LG