Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:38

Germanwings təyyarəsinin qəza yerində axtarış gedir


Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier qəza yerinə vertolyotdan baxır
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier qəza yerinə vertolyotdan baxır

-

Martın 25-də Germanwings təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış işləri bərpa olunacaq. 150 nəfərin olduğu A320 aerobusu Barselonadan Dusseldorfa uçuş zamanı Fransada Alp dağlarında qəzaya uğrayıb.

Fransanın daxili işlər naziri deyib ki, təyyarənin qara qutularından biri tapılıb və dərhal ekspertiza olunacaq.

Ağ Ev bildirib ki, qəza terror hücumuna oxşamır. Lufthansa şirkəti faciənin qəza olması versiyasını irəli sürüb. Germanwings Lufthansa-nın nəzdində fəaliyyət göstərir.

Hadisə dəniz səviyyəsindən 2 min metr yüksəklikdə baş verib. Fransa polisi heç kəsin sağ qalmadığını bildirib. Çətin relyef, qar və tufan səbəbindən meyitlərin aşkarlanması bir neçə gün çəkə bilər.

XS
SM
MD
LG