Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:30

Obama: “ABŞ Əfqanıstandan əsgərlərin çıxarılmasını yavaşıdacaq”


 Barack Obama Ashraf Ghani ilə görüşdə
Barack Obama Ashraf Ghani ilə görüşdə

-

Prezident Barack Obama deyir ki, Əfqanıstandan əsgərlərin çıxarılmasını yavaşıdacaq və ilin sonunadək indiki 9800 əsgəri saxlayacaq. Obama martın 24-də Ağ Evdə Əfqanıstan prezidenti Ashraf Ghani ilə görüşdən sonra bu bəyanatı verib.

Öncə Vaşinqton 2015-ci ilin sonunadək 5500 əsgəri azaltmağı planlaşdırırdı. Obama sözlərinə əlavə edib ki, gələn ilin sonunda Əfqanıstanda qalacaq ABŞ əsgərlərinin sayı bu ilin axırınadək müəyyənləşəcək.

Prezidentin sözlərinə görə, məqsəd 2016-cı ilin sonunadək Kabildə səfirliyin təhlükəsizliyinin ABŞ əsgərləri tərəfindən təmin olunmasıdır.

Ghani Obama-ya belə bir arzusunu çatdırıb ki, Əfqanıstandan ABŞ əsgərlərinin çıxarılması yavaşısın, belə ki, Kabilin təhlükəsizlik qüvvələri Taliban və Al-Qaeda yaraqlılarına qarşı vuruşmaqdadır.

XS
SM
MD
LG