Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

-

Ukrayna prezidenti Petro Poroshenko ölkənin ən güclü qubernatorlarından biri, oliqarx Ihor Kolomoisky-nin vəzifədən azad olunması barədə sərəncam imzalayıb. Ihor Kolomoisky Dnepropetrovskun qubernatorluğundan istefası barədə ərizə vermişdi. Dnepropetrovsk Luqansk və Donetsk regionlarının yaxınlığında yerləşir.

Kolomoisky və Poroshenko martın 24-də görüşüblər. Onlar vaxtilə müttəfiq olublar. Daha sonra dövlətin nəzarətində olan iki enerji şirkəti, UkrTransNafta və Ukrnafta-ya nəzarət uğrunda mübarizə aparıblar.

Ötən həftə Ukrayna parlamentinin qəbul etdiyi qanunla Kolomoisky-nu bu şirkətlərdə səhmdar kimi gücü azaldılıb və onun əngəllədiyi menecment dəyişikliyinə yol açılıb.

Kiyev hökuməti UkrTransNafta-nın başçısını çıxarmaq istəyəndə, Kolomoisky silahlıları ilə şirkətin Kiyev ofisini tutub. Kolomoisky jurnalistlərə deyib ki, binanı “rusiyalı təxribatçılardan” qoruyur.

France Press-in məlumatına görə, Kolomoisky-yə bağlılığı iddia olunan daha bir silahlı qrup martın 24-də Ukrnafta-nın Kiyev ofisini tərk edib. Qrup düz 2 gün ofisdə qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG