Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:44

Səudiyyə Ərəbistanı Yəmən sərhədində ağır toplar da daxil olmaqla, hərbi texnika və canlı qüvvə cəmləşdirir.

Yəməndə davam edən daxili münaqişədə İran tərəfindən dəstəklənən şiəməzhəb huti qiyamçıları paytaxt Sananı ələ keçirdikdən sonra, indi də cənub paytaxtı Ədən üzərinə yürüşə başlayıblar.

ABŞ tərəfindən dəstəklənən Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi hazırda Ədən şəhərinə sığınıb.

Ötən gün Yəmənin xarici işlər naziri Körfəz ölkələrini və BMT-ni müdaxiləyə çağırmışdı.

Səudiyyə İranı Yaxın Şərq boyunca məzhəb ədavətini qızışdırmaqda ittiham edir.

Təhlilçilər narahatdırlar ki, Yəmən şiə İslamının Zeydi təriqətinə məxsus qiyamçılarla Səudiyyə və başqa sünni ərəb ölkələri tərəfindən dəstəklənən hökumət tərəfdarlarının döyüş meydanına çevrilə bilər.

ABŞ mənbələri bildirirlər ki, Səudiyyənin Yəmən sərhədinə yığdığı texnikadan həm müdafiə, həm də hücum əməliyyatlarında istifadə oluna bilər.

Başqa mənbələr bildiriblər ki, Səudiyyə həmçinin qiyamçıların mövqelərinə hava zərbələri endirməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG